Wednesday, 23 April 2014

                                Kompyuter şəbəkələri                                             Kompyuter şəbəkələri - rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli komputerlər və perferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompyuter şəbəkələrinin olması vacib şərtdir.Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur.

Kompyuter şəbəkələrinin iki tipi: lokal və qlobal kompyuter şəbəkələri geniş yayılmışdır

Qlobal kompyuter şəbəkələri WAN (Wide Area Network) – bir-birlərindən çoğrafi uzaq (yer kürəsinin istənilən hissəsindəki) kompyuterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir.Rabitə vasitəsi olaraq əsasən yüksək sürətli telefon və peyk rabitəsindən istifadə olunur. Qlobal kompyuter şəbəkələri əsasən klient server texnologiyası əsasında fəaliyyət göstərir. Şəbəkənin proqram təminatıəsasən iki hissədən idarət olur: Klient və Server.
Qlobal şəbəkədə informasiyanın saxlanılmasından asılı olaraq informasiyanın işlənməsi mərkəzləşmiş və paylanmış şəkildə həyata keçirilir. Məs: RinNet şəbəkəsində informasiya ehtiyatı Rusiyanın mərkəzi rayonlarının tədris müəssisələrinin serverlərində paylanmış şəkildə yerləşmişdir və informasiyanın işlənməsi olaraq paylanmış şəkildə həyata keçirilir.
Ən böyük qlobal kompyuter şəbəkəsi İnternet kompyuter-informasiya şəbəkəsidir. İnternet özündə milyonlarla kompyuteri birləşdirən, kompyuter şəbəkələrinin ümümdünya toplusudur.





Lokal kompyuter şəbəkələri
LAN (Local Area Network) bir muəsissə daxilində fəaliyyət göstərir və informasiya mübadiləsinə, informasiya və perferiya avadanlıqlarından birgə istifadəyə şərait yaradır. Şəbəkədə kompyuterlər kompakt şəkildə yerləşdirilir. Lokal şəbəkədə əlaqə əsasən kabel və qismən lazer, infraqırmızı və radio şüalanma vasitəsilə həyata keçirilir və informasiya mübadiləsinin sürəti istifadə olunan rabitə vasitələrinin texniki göstəricilərilə müəyyən olunur.
Korporativ şəbəkə lokal şəbəkəyə aid olub, hər-hansı təşkilat daxilindəki kompyuterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Nəzərə almaq lazımdır ki, təşkilata aid binalar müxtəlif şəhərlərdə yerləşə bilərlər.